Polis paytaxtda 35 min manatlıq dələduzluq edən şəxsləri saxlayıb.
Pravda.az DİN-ə istinadən xəbər verir ki. Binəqədi və Nəsimi rayonlarında dələduzluq faktları qeydə alınıb. İki paytaxt sakininin etibarından sui-istifadə edilməklə ümumilikdə 35 min 500 manatı ələ keçirilib. Bu barədə zərərçəkənlər polisə müraciət ediblər.