“Təəssüf hissi ilə deməliyəm ki, Operativ Qərargahda bir çox müzakirələrdən sonra karantin rejiminin uzadılması haqqında və onun uzadılmasının qaçılmaz olduğu haqqında müəyyən qərarlar qəbul edilib. Karantin rejiminin əlavə 2 həftə - 15 gün uzadılması nəzərdə tutulub. Buna məcburuq”.
Vəziyyəti dəyərləndirən həkim-psixoterapevt Əli Nağıyev bildirib ki, hər zaman Operativ Qərargahın obyektiv qərarlar verdiyini düşünür:
“Tövsiyə edirəm ki, həkim olmayan vətəndaşlarımız da bu qərarların vacibliyini anlasınlar və qəbul etsinlər. Bəzi baxış bucağı var ki, xəstəliyin qarşısı sərt karantin rejimi ilə yox gigiyena qaydalarına əməl etməklə alınmalıdır. Amma təəssüf ki, ölkəmizdə bunun keçərli olmadığını gördük. Vətəndaşlarımız maksimum məsuliyyətli olmadılar və yoluxanların sayı artdı”.