BURADA REKLAMINIZ OLA
BİLƏR

Tahir Kərimli parlament seçkilərində namizədliyini irəli sürdü

Dekabr 12-də Vəhdət Partiyasının Baş Məclisinin iclası keçirilib.

 

Pravda.az xəbər verir ki, iclasda 2020-ci il 9 fevral tarixində keçiriləcək növbədənkənar parlament seçkilərinin keçirilməsi haqqında partiya sədrinin məruzəsi dinlənilib, geniş islahatlar proqramının tərkib hissəsi kimi zəruri sayılıb.

 

Partiyanın Baş Məclisi seçkilərdə iştirak etmək barədə Tahir Kərimlinin namizədliyinin irəli sürülməsi, digər namizədlərin Partiyanın Siyasi Şurası tərəfində müəyyən edilməsi, 18 nəfərdən ibarət səlahiyyətli nümayəndələrin və 2 nəfərdən ibarət maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrin ayrılması barədə qərar qəbul edilib.

 

Sonda Vəhdət Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların dəstəklənməsi barədə bəyanat qəbul edib.

Tarix: 12 Dekabr 2019, 14:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin