Məzmuna keç
Pravda.az — xəbər portalı
Sağlamlıq

Bəhram Bağırzadə ayağa qalxa bilir

1 525
Paylaş:
Bəhram Bağırzadə ayağa qalxa bilir

“Bəhram Bağırzadənin vəziyyəti orta-ağır kimi qiymətləndirilir, stabildir”.

Pravda.az görə, bunu Mərkəzi Gömrük Hospitalının Müalicə işləri üzrə sədr müavini Bəxtiyar Musayev deyib.

O bildirib ki, xəstə bir neçə gündür spontan tənəffüsdədir.

“Bu gündən başlayaraq traxeostomanın müvəqqəti qapadılması və tənəffüsün fizioloji yolla, yəni burundan və ağızdan alınması yoxlanılacaq. Bir neçə dəfə yoxlamalar apardıqdan sonra traxeostomanı da çıxartmaq mümkün olacaq. Xəstədə müşahidə edilən neopatiya əlamətləri xeyli geriləyib. Onlara qarşı müvafiq fizioterapevtik müalicə aparılır. Xəstə aktivdir. Oturur, hətta ayağa qalxır. Bu gün səhər artıq ailə üzvləri ilə də telefonla danışıb”, - deyə həkim vurğulayıb.

Paylaş:

Ən son xəbərlər