BURADA REKLAMINIZ OLA
BİLƏR

Xəzər TV-nin daha bir əməkdaşı koronavirusa yoluxdu

Xəzər televiziyasında sürücü kimi çalışan Turan Ələkbərov koronavirusa yoluxub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, T.Ələkbərovun testinin nəticəsi pozitiv çıxıb.

 

O, ev şəraitində müalicə alır.

 

Qeyd: Televiziyanın daha iki əməkdaşı bir müddət öncə koronavirusa yoluxub. Onlardan biri Xəbərlər departamentinin müxbiri Aynur İsgəndərova, digəri isə sürücü Elməddin Muxtarovdur. A.İsgəndərova ev şəraitində, E.Muxtarov isə xəstəxanada müalicə alır. Bildirilib ki, televiziyada 3 nəfər koronavirusa yoluxsa da, dezinfeksiya işləri aparılmayıb, işçilərin kütləvi tibbi testdən keçirilməsi təmin edilməyib.

 

Kənan

Tarix: 19 İyul 2020, 19:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin