BURADA REKLAMINIZ OLA
BİLƏR

Xalq artistinin satışa çıxardığı ev 75 min dollar dəyərindədir

"Şəkidəki evimizi qiymətləndirdilər, 75 min dollar dəyərindədir. 130 min manat nədir ki...”

 

Pravda.az-ın xəbərinə görə, bu sözləri Xalq artisti Könül Xasıyeva satışa çıxarılan evi barədə danışarkən deyib.

 

O bildirib ki, atası rəhmətə gedəndən sonra, anası orada tək yaşayıb: “Hazırda anamın səhhətində problem var, yaddaşı itib. Əvvəllər Bakıda yaşamağa razı olmurdu, çünki evini tanıyırdı. İndi artıq nə övladlarını, nə də ki evini tanıyır. 81 yaşı var. Biz gedib növbə ilə orada anamla qalırdıq. Amma artıq havalar soyuyub, uşaqlar məktəbə gedir deyə orada qala bilmirik. Bu səbəbdən də evi satışa çıxardıq. Məcbur ata ocağını satırıq. Düşərli evdir, bütün nailiyyətlərimi orada qazanmışam. Satılsa, Bakıda bağ evi tikdirəcəm. Ötən il oranı qəşəng təmir də etdirmişdim".

Tarix: 12 Dekabr 2019, 21:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin