“Karantin qaydalarına riayət olunmazsa, qaydalara riayət edilməzsə, karantin rejimi qaydaları yenidən sərtləşdirilə bilər”.
Pravda.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.