“Ümumdünya Səhiyyə Təşkilatının verdiyi tövsiyələr əsasında müvafiq protokollar hazırlanıb, yalnız o protokollara uyğun olaraq dərmanlar alınıb gətirilir”.
Pravda.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.