Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Sankt-Peterburq–Bakı reysinin sərnişinlərinin daşınması üçün Bakıdan göndərilən AZAL-a məxsus hava gəmisi paytaxta çatdı - YENİLƏNDİ

598
Paylaş:
Sankt-Peterburq–Bakı reysinin sərnişinlərinin daşınması üçün Bakıdan göndərilən AZAL-a məxsus hava gəmisi paytaxta çatdı -   YENİLƏNDİ

J2-020 nömrəli Sankt-Peterburq–Bakı reysinin sərnişinlərinin daşınması üçün Bakıdan göndərilən AZAL-a məxsus hava gəmisi paytaxta çatıb.

Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan Hava Yollarından məlumat verilib.

Təyyarə Bakı vaxtı ilə saat 14:24-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

***

13:58

20 oktyabr 2025-ci il tarixində Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinə məxsus Sankt-Peterburq–Bakı marşrutu üzrə J2-020 nömrəli reysi yerinə yetirən “Airbus A320” təyyarəsi, geri qayıdaraq Pulkovo hava limanına təcili eniş edib. “Airbus A320” tipli bu sərnişin təyyarəsi AZAL-ın parkında istismara verildiyi vaxtdan etibarən mütəmadi olaraq tam texniki baxışdan keçirilib və Sankt-Peterburqdan uçuş zamanı texniki cəhətdən tam saz vəziyyətdə olub.

Bu barədə AZAL məlumat yayıb.

Bildirilib ki, hava gəmisi 2025-ci ilin sentyabr ayında planlı ümumi texniki baxışdan (“A-check”) tam şəkildə keçib. Bütün texniki işlər istehsalçının tələblərinə və aviaşirkətin daxili prosedurlarına uyğun şəkildə yerinə yetirilib.

Təcrübəli pilotlarımız tərəfindən AZAL-ın daxili qaydalarına və beynəlxalq tənzimləyici prosedurlarına tam riayət olunub.

Pilotlarımızın peşəkarlığı sayəsində uçuş zamanı yaranmış bütün potensial risklər minimuma endirilib, sərnişinlərin və uçuşun təhlükəsizliyi maksimum səviyyədə təmin olunub.

Paylaş:

Ən son xəbərlər