Bakı şəhərində məktəbliyə qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüsü polis əməkdaşları tərəfindən müəyyən edilərək məsuliyyətə cəlb olunub.
Məktəbliyə qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüsü həbs edildi
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı Yasamal rayonu ərazisində "BYD" markalı, 77-VK-571 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Emin Oruczadənin hazırlığa apardığı şagirdə qarşı etik normalara zidd davranış etdiyi müəyyən edilib və o saxlanılıb.
E.Oruczadə müvafiq qərarla həbs olunub.