Neftçalada Kür çayı üzərindəki körpü qəzalı vəziyyətdədir. Uzunluğu 300, eni 8 metr olan yol ötürücüsü 1991-ci ildə istifadəyə verilib.
Hər an təhlükə ilə üz-üzə qalan sakinlər aidiyyəti qurumdan kömək istəyirlər. "Körpü neçə ildir qəzalı vəziyyətdədir. Buradan keçən maşınlar dərələrə düşürlər. Belə şey olmaz, problem həll olunmalıdır", -sakinlərdən biri söyləyib.
Digər bir vətəndaş isə belə deyib: "Gecə vaxtı burada hərəkət etmək çox təhlükəlidir. Körpünün ortası uçub, buradan keçəndə maşının salamat yeri qalmır".