“ZoomParkın növbəti seriyası yayılıb, sivil dünyadan bixədər bir qrup marginal yığışıb yenə bizi - REAL-ı təhqir ediblər. Dərdləri bu oğru sistem deyil axı, çünki oğurluqdan həmişə, 27 ildir pay alıb dolanıblar, əsas işləri bizik, varlığımız onlara təhlükədir, çünki sistemin bir parçasıdırlar, biz isə sistemdənxaric "doğulmuşuq"”.
ReAl-dan Milli Şuraya cavab: “Başda duranların əksəriyyətinin mağara düşüncəli olmasına baxmayaraq...”
Pravda.az-ın xəbərinə görə, bunu ReAl Partiyanın funksioneri Natiq Cəfərli deyib.
N.Cəfərli qeyd edib ki, başda duranların əksəriyyətinin mağara düşüncəli olmasına baxmayaraq MŞ-da, AXCP-də gənc fəallar, ürəklə, səmimi şəkildə prosesə qoşulanlar var: “Əsasən onlar təqiblərə, həbslərə məruz qalırlar, olmaz belə! Kimsə ölkədə günahsız həbs, siyasi baxışlarına görə təqib edilməməlidir! Günahı olmayanlar dərhal azad olunmalıdır!”