“İyulun 12-dən günorta saatlarından başlayaraq Tovuz istiqamətində Ermənistan silahlı qüvvələri atəşkəsi kobud şəkildə pozaraq mövqelərimizi atəşə tutublar. Sonra daha iri silahlarla mövqelərimizi ağır artilleriyadan atəşə tutublar. Amma bu təxribatın qarşısı alınmışdır. Müvafiq planlar var və həmin planlar dərhal işlər düşür. Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması üçün əmr verilmişdi”.
Pravda.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.