Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artır.
Azərbaycanın bu ərazisində koronavirusa yoluxanların sayı 173-ə çatdı
Pravda.az-ın xəbərinə görə, Dağlıq Qarabağda koronavirusa 2 yeni yoluxma faktı qeydə alınıb.
Bununla da Azərbaycanın işğal altında olan ərazilərində koronavirusa yoluxanların sayı 173 nəfərə çatıb. Virusa yoluxan 144 nəfər sağalıb. Xəstəlikdən ölüm faktı qeydə alınmayıb.APA