“Azərbaycanın Müdafiə Nazirliyi cəbhəyə köklənib, bəzi adamlar isə bilərəkdən və ya bilməzlikdən şayiə yaymaqdan əl çəkmirlər. Çox təəsüflənirəm ki, son günlərdə “keçi can hayında, qəssab piy axtarır”.
Bu sözləri ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov son günlər ölkənin ordu rəhbərliyi haqda səslənən ittihamlara, aparılan qara piar kampaniyasına münasibət bildirərkən deyib.
Ü.Cəfərovun sözlərinə görə, heç bir fakta söykənməyən belələri guya ordu rəhbərliyində hansısa inamsızlıq, xəyanət olduğunu cəmiyyətə çatdırmağa çalışırlar: “Özlərindən olmayan məlumatları yazırlar:
"Bu adamları anlaya bilmirəm, heyrətə gəlirəm. Bu şəxslər bir tərəfdən cəbhədən xoş xəbərlər gözləyir, bir yandan da şayiə yaymaqla nəyəsə nail olmaq istəyirlər. Halbuki yazılanların əksəriyyəti illərdir təkrarlanır və məntiqi yoxdur”.
Ekspert hesab edir ki, indi ordu rəhbərliyi haqda yalan və neqativ yazmağın yeri deyil: “Bütün qoşun qüvvələrimiz prosesə cəlb olunmasa da, ordumuz Qərb bölgəsinə köklənib. Belə şəraitdə müdafiə naziri və Baş Qərargah rəisi iş-gücünü atıb ittihamlara cavab verəsi deyil ki?!”
Ü.Cəfərov o ittihamları səsləndirənlərin yazdıqlarını oxuyub gülür: “Yazırlar ki, guya Nəcməddin Sadıqovun Ermənistanda general qardaşı xidmət edir. Amma bilmirlər ki, Nəcməddin Sadıqovun bir qardaşı olub, o da rəhmətə gedib. Yəni, ayıbdır, bir məlumatı dəqiqləşdirməmiş insanı ağır şəkildə ittiham etmək olmaz. Gah deyirik ki, Ermənistanda bir azərbaycanlı yoxdur, gah da deyirik ki, qardaşı orada xidmət edir”.
Ehtiyatda olan polkovnik-leytenant hesab edir ki, şəhid general Polad Həşimovun vurulması ilə də bağlı yalan məlumatlar yayılır: