Məlum olduğu kimi, karantin rejiminin yenidən uzadılması ilə əlaqədər hələ ən azı sentyabradək tibbi maskada gəzməli, sosial məsafəni qorumalıyıq. Əslində əlimizdən bundan başqa heç nə gəlmir.
Bir də Allaha dua edir, əvvəlki həyatımıza qayıdacağımızı həsrətlə gözləyirik...
Mütəxəssislər karantin rejiminin davam etməsini məqsədəuyğun hesab edirlər. Həkim-ginekoloq Fəxranə Hüseynzadə “Sherg.az”a bildirib ki, vəziyyətin yenidən pisləşməsi istisna deyil:
“Əlbəttə, ən doğru qərarı TƏBİB bilir. Bu günə olan statistika qənaətbəxşdir. Amma şəhidlərimiz üçün keçirilən yürüşün təbii artımla nəticələnməsi mümkündür. Yəqin, bir həftədən, on gündən sonra bunu daha dəqiq biləcəyik”.