“Sonuncu “orduya dəstək” yürüşündən sonra əgər məndən soruşsalar ki, “Azərbaycanın Silahlı Qüvvələrində nə qədər hərbiçi var?” Qürurla deyərdim 10 milyon”
“Ordumuzun 10 milyon əsgəri var” - Arzuman Abdulkərimov
Bu barədə Ana Vətən Partiyası sədrinin müavini Arzuman Abdulkərimov “İki Sahil” İnternet televiziyasının “Siyasi baxış” proqramında qonaq kimi iştirak edərkən bildirib.
Arzuman Abdulkərimov eyni zamanda “Orduya dəstək” yürüşündə baş tutmayan uğursuz təxribat cəhdinə də toxunaraq belə həssas məqamlarda milli birlik göstərməyin vacibliyini qeyd edib.