Bir çox gözəllik salonlarında lazer epilyasiyası xidməti lisenziyasız həyata keçirilir. Aparılan yoxlamalar bunu deməyə əsas verir.
Pravda.az Xəzər TV-yə istinadən bildirir ki, bu barədə danışan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin, Tibbi Nəzarət Şöbəsinin mütəxəssisi Xəyalə Əliyeva deyir ki, lazer epilyasiyası tibbi bilik tələb edən prosedurdur. Dərinin növü və vəziyyəti mütləq dermatoloq tərəfindən qiymətləndirilməlidir. Amma bu bir çox gözəllik salonunda yoxdur. Yəni lazer epilyasiyası kor-koranə edilir.