Son günlər müğənni Samir Piriyevin ailəsində baş verənlər gündəmdən düşmür. Özünü onun sevgilisi kimi təqdim edən qadın evinə hücum edərək ifaçının xanımı Anaraya xəsarət yetirib.
Anara Piriyeva məsələ ilə bağlı Axşam.az-a açıqlama verib. O bildirib ki, boşanmalarına səbəb həmin qadın deyil: "Onun kimi əxlaqsız biri mənim ailəmin dağılmasına səbəb ola bilməz. Ümumiyyətlə, elə məxluqların heç birinin ailəni dağıtmağa gücü çatmaz. Övladlarımın bir damla göz yaşına belə layiq olmayan məxluqdur o.
10 ildir baş verən hər şey üst-üstə yığıldı. Mənim boşanmağımın tək səbəbkarı Samirdir. Qürurum, onun nankorluğu məni bu səviyyəyə gətirib çatdırdı.