Sumqayıt şəhər Bələdiyyəsinin üzvü, dələduzluqda ittiham edilən Fərid Dəmirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Pravda.az-ın xəbərinə görə, iş baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib və hakim Elçin Məmmədovun icraatına verilib.
Cinayət işi üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, Dəmirov Fərid İslam oğlu etibardan sui istifadə edərək, Osmanov Fərhad Heybət oğluna qarşı dələduzluq etməkdə təqsirləndirilir.