Ədliyyə Nazirliyi Şamaxı rayonunun Şamaxı və Birinci Çaylı bələdiyyələrinin sədrləri barəsində inzibati protokol tərtib edib.
Pravda.az-ın məlumatına görə, İnzibati Xəttalar Məcəlləsinin 549.2-ci (Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə) maddəsi ilə tərtib edilən protokollara Şamaxı Rayon Məhkəməsində baxılacaq.