"Şeron" qrupunun prodüseri Tərlan Ələkbərov dünyasını dəyişib.

Pravda.az xəbər verir ki, o, 42 yaşında bu gün vəfat edib.

Qrupun solistlərindən olan Ülvi Cəfərov bildirib ki, Tərlanın heç bir xəstəliyi yox idi:


"Xəbəri indi almışam. Məscidə gəldim. Xəstə deyildi, nədən ölüb bilmirik. Ailəsi deyir ki, qəflətən oldu".

Qeyd edək ki, Tərlan eyni zamanda saz ifaçısı idi.Axşam.az