Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Aqil Abbas: “Həsrətində olduğum Ağdama ayaqyalın addım atacam”

1 533
Paylaş:
Aqil Abbas: “Həsrətində olduğum Ağdama ayaqyalın addım atacam”

“Bu günü qeyd etmək özünü vətəndaş hesab edən hər kəs, xüsusilə qarabağlılar üçün çətindir. Çünki düz 27 il əvvəl bu gün mənfur ermənilər Ağdamı işğal etdilər. Hətta bununla kifayətlənməyib vandalizm törətdilər.  İndi isə Ağdamda oturub, Tovuza iddia edirlər...”

Bu sözləri millət vəkili, “Ədalət” qəzetinin təsisçisi Aqil Abbas Ağdamın işğalı barədə “Sherg.az”a danışarkən deyib. Aqil Abbas qələbə gününə çox az qaldığını vurğulayıb: “Mən sizə söz verirəm, gələn ildən etibarən il saymayacağıq. Heç kim getməsə də, özüm tək gedəcəm. Lap eyni ilə “Dolu” filmində olduğu kimi tarixi, ata-baba torpaqlarımıza, illərdir həsrətində olduğum Ağdama ayaqyalın addım atacam. Söz verirəm, söz!”.

Paylaş:

Ən son xəbərlər