Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Azərbaycanda daha bir tələbə öldü - FOTO

2 151
Paylaş:
Azərbaycanda daha bir tələbə öldü -   FOTO

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) daha bir tələbəsi dünyasını dəyişib.

Pravda.az xəbər verir ki, universitetin İqtisadiyyat fakültəsinin III kurs tələbəsi Ramil Kazımov intihar edib.

Qeyd edək ki, bundan əvvəl - iyulun 17-də UNEC-in daha bir tələbəsi - TUDİFAK fakultəsinin I kurs tələbəsi Leyla Əzizli xərçəng xəstəliyindən dünyasını dəyişib. Ümumilikdə, son bir həftə ərzində Azərbaycanda 4 tələbə vəfat edib. Məlumat üçün bildirək ki, ötən gün - iyulun 22-də Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin sonuncu kurs tələbəsi İsmayılzadə Ayşən dünyasını dəyişib. Ondan əvvəl isə, ADNSU-nun tələbəsi Mikayıl Əzizov iyulun 19-da meningit, pnevmaniya xəstəliyi səbəbindən 1 saylı Kliniki Tibbi Mərkəzdə vəfat edib.

Paylaş:

Ən son xəbərlər