Amerikanın Los Anceles, Belçikanın Brüssel şəhərlərində ermənilərin azərbaycanlıları vəhşicəsinə döyməsindən sonra dünyanın hər yerində azərbaycanlı-erməni münasibətləri son dərəcə gərginləşib.
Azərbaycanlılar təbii olaraq bu haqsızlıqdan və erməni vandalizmindən qəzəbləniblər, nəticədə dünyanın müxtəlif şəhərlərində küçə döyüşləri əlbəyaxa toqquşmalar baş verir. Moskvada isə vəziyyət daha gərgindir. Belə ki, bu şəhərdə azərbaycanlıların sayı çoxdur və ermənilərin üstün gəlməsi mümkün deyil.
Çoxsaylı videolar daxil olmaqdadır. Həmin videolarda azərbaycanlı gənclər müəyyənləşdirdikləri erməni icmalarının lider və fəal üzvlərini döyürlər. Qeyd edək ki, indiyə qədər Dağlıq Qarabağ və ətraf bölgələrdə illərlə döyüşlərin getməsinə baxmayraq, konflikt Güney Qafqazdan kənara çıxmamışdı. Tovuz rayonunun ermənilər tərəfindən xaincə bombalanmasından sonra vəziyyət dəyişib və dünyanın harasında yaşamasından asılı olmayaraq, azərbaycanlılar bu haqsızlığa qarşı etirazlar püskürməyə başlaylblar.