“Loc-Ancelesdə, Brüsseldə ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşilikdən sonra Rusiyada da analoji hadisə təkrarlandı. Ermənilər azərbaycanlını döyərək video çəkiliş edib sosial şəbəkələrdə yaydılar. Bu gecə buna cavab olaraq Rusiyanın bir sıra şəhərlərində azərbaycanlılar baş verən hadisələrə cavab məqsədilə emosional addımlar atıblar”.
Pravda.az-ın xəbərinə görə, bunu Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.
İ.Ağazadə Rusiyada yaşayan azərbaycanlılara müraciət edib:
“Əziz həmvətənlərim, dəyərli qardaşlarım!
Ermənistanın təcavüzkar siyasətinin durdurulmasına qarşı dünyanın hər yerində göstərdiyimiz milli birliyimiz düşmənlərimizi də ciddi narahat edir. Haqq işimizdə bizə dəstək vermək istəyən başqa millətlərin də sayı günbəgün artır. Belə məqamda təxribat törədərək bizi qarşıdurmaya çəkmək istəyən xüsusi qüvvələr var və olacaq.
Sizi bu təxribatlar vasitəsilə qeyri-qanuni müstəviyə çəkməklə həyatınızı, əmlakınızı, iş yerlərinizi təhlükə altında qoyub zəiflətmək məqsədi güdürlər, birliyimizi pozmağa, bizi dinc müstəvidən savaş müstəvisinə çıxarmaqla haqlı işimizi haqsız göstərməyə çalışırlar.