Uzun müddət Rusiyada, indi isə Azərbaycanda jurnalist kimi fəaliyyət göstərən Fuad Abbasov Tovuz rayonunda olub.
O, iyulun 12-dən etibarən cəbhənin Tovuz istiqamətində erməni təxribatları nəticəsində baş verənlərlə bağlı reportaj hazırlayıb. Fuad Abbasov Tovuzda erməni təxribatı nəticəsində ən çox zərər görmüş Ağdam, Dondar Quşçu kəndlərində olub. Yerli sakinlərlə, şəhid ailəsi ilə görüşüb, yaranmış vəziyyətlə bağlı onların fikirlərini öyrənib.