Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

“Hücum edən erməniyə Ümumdünya İnsan hüquqları Bəyannaməsini göstərəsi deyilsən ki...”

1 229
Paylaş:
“Hücum edən erməniyə Ümumdünya İnsan hüquqları Bəyannaməsini göstərəsi deyilsən ki...”

“Yazırlar ki, bizim Qərb ölkələrində erməniləri döyməyimiz yaxşı iş deyil. Bu, Qərbdə azərbaycanlılar haqqında mənfi imic formalaşdıra bilər. Mən də yumruq davasının əleyhinəyəm. Ancaq sənə hücum edən erməniyə Ümumdünya İnsan hüquqları Bəyannaməsi kitabçası göstərəsi deyilsən ki. Sənə hücum edirlərsə, ən azı müdafiə olunmağa çalışmalısan”.

Pravda.az-ın xəbərinə görə, bunu İsveçrənin Sürix şəhərində yaşayan azərbaycanlı jurnalist Elbəyi Həsənli deyib.

“Biabır olmaq söhbəti isə tamamilə cəfəngiyatdır. O, hesabla gərək Qərb ölkələri, eləcə də bütün dünya ermənilərə nifrət etməli idi. Elə Los-Ancelesi götürək. Hələ uzaq 1973-cü ildə erməni Qurgen Yanikyan oradakı Türkiyə konsulu Mehmet Baydarı öldürdü. Rəsmi statistika belədir: ASALA dünyanın 21 ölkəsində (38 şəhərdə) 110 terror aktı törədib. Bu terror olaylarının 39-u silahlı hücumla həyata keçirilib. 70 yerdə isə bomba partladılıb. Nəticədə 42 Türkiyə diplomatı öldürülüb, 4 nəfər isə xarici vətəndaş terrorun qurbanı olub. 15 türk və 66 xarici vətəndaş yaralanıb... Bütün bu yaramazlıqlara görə ermənilər dünyada biabır olub? Məncə, yox. Özümüzü aldatmayaq. Bəli, hücum təşəbbüsü bizdən gəlməli deyil. Ancaq hücuma məruz qalmışıqsa, mütləq cavab verməliyik” - E.Həsənli qeyd edib.

Paylaş:

Ən son xəbərlər