“Ermənistanın əsas valyuta gəliri həmin o bazarlardakı meyvələrdir və bununla biz onları diz çökdürə bilərik. Bu işdə əməyi keçən bütün azərbaycanlıların qarşısında baş əyirəm, eşq olsun. Hər kəs bunu bacardığı qədər etməlidir”.
Pravda.az xəbər verir ki, bunu professor İlham Rəhimli deyib. O, vətəndaşlarımızın real mübarizəyə başlamasına sevindiyini bildirib:
“Nəhayət ki, Rusiyada yaşayan azərbaycanlılar real mübarizəyə keçdilər və mən bunu yüksək səviyyədə alqışlayıram. İlham Rəhimov başda olmaqla onun məsləkdaşlarına təşəkkürümü bildirirəm. Çox sağ olsunlar, Şəmkirdən olan soydaşlarımız da Sankt-Peterburqda bu istiqamətdə işlər görüblər. Bu yavaş-yavaş digər şəhərlərə də keçir və görülən işlər ən azı on il bundan öncə edilməli idi. Şükür ki, bu gün erməniləri blokadaya salırlar. Aldığım məlumata görə təkcə topdan satışda yox, ermənilər tərəfindən istehsal edilən su, mürəbbə və digər yeyinti məhsullarını da qəbul etmirlər. Bütün bunları mən yüksək qiymətləndirirəm. Bu da mübarizənin bir formasıdır. Bayaq saytınızda oxuyuram ki, bir erməni deputat Türkiyədən tələb edir ki, Azərbaycana sanksiya tətbiq olunsun. Görün bunlar nə qədər həyasızlaşıblar. Bu da müharibənin bir növüdür. Mən İ.Rəhimovu 45 ildir tanıyıram və onlar çox uğurlu bir iş gördülər. Ermənistanın əsas valyuta gəliri həmin o bazarlardakı meyvələrdir və bununla biz onları diz çökdürə bilərik. Bu işdə əməyi keçən bütün azərbaycanlıların qarşısında baş əyirəm, eşq olsun. Hər kəs bunu bacardığı qədər etməlidir”.