“Balaca oğlumuza atan həyatda yoxdur deyə bilmirəm. Həmişə atasını soruşanda deyirəm ki, xaricdədir, işləyir”.
Pravda.az xəbər verir ki, bu sözləri 1 il əvvəl dünyasını dəyişən Hərbi Hava Qüvvələrinin "MİQ-29" təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin xanımı Könül Atakişiyeva deyib.