Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Yazıçı: “Müsəlman dövlətləri fərsizdir, İran bizi sevmir, Türkiyənin də bizi müdafiə etməyə hərbi gücü çatmaz”

1 624
Paylaş:
Yazıçı: “Müsəlman dövlətləri fərsizdir, İran bizi sevmir, Türkiyənin də bizi müdafiə etməyə hərbi gücü çatmaz”

“Düşünürəm ki, bizim Xarici İşlər Nazirli, diaspor təşkilatları bu istiqamətdə maarifləndirici iş aparmalıdırlar”

Bunu yazıçı  Elçin Hüseynbəyli son günlər intensivləşən erməni təxribatı haqda danışarkən deyib. Yazıçı xaricdə yaşayan vətəndaşlarımızı qızışdırmağın yolverilməz olduğunu bildirib:

“Bu çox həssas bir məsələdir və ermənilərin o məkirli siyasətini həmişə görmüşük. Onların arxasında xaçpərəst dünyası və Rusiya dayanır. Ona görə də bu məsələlərdə çox ehtiyatlı olmaq lazımdır. Daha çox diplomatik düşüncəylə hərəkət etmək lazımdır. Çünki bu cür məsələlərdə zaman göstərdi ki, bizim təcrübəmiz azdır. Biz həddən artıq səmimiyik və bu səmimiyyətimiz də ömrü boyu başımızda çatlayır. Düşünürəm ki, bizim Xarici İşlər Nazirli, diaspor təşkilatları bu istiqamətdə maarifləndirici iş aparmalıdırlar. Ziyalılarımız da bu istiqamətdə təbliğat aparırlar. Yəni milləti qızışdırmaq lazım deyil, bizim əsas məqsədimiz Qarabağı azad etməkdir. Məkanı dəyişməyin nə mənası var? Bəlkə də bu hansısa beynəlxalq ictimaiyyəti vadar edə bilər ki, münaqişənin həllinə daha yaxından yanaşsınlar, ancaq arada xaçpərəst amili, yəni ermənipərəst qüvvələrin çox olduğuna görə bu çətindir. Müsəlman dövlətləri fərsizdir, İran bizi sevmir və Türkiyənin də bizi açıq-aşkar müdafiə etməyə hərbi gücü çatmaz, çünki onların da qarşısında çox böyük maneələr var. Bir sözlə, biz öz gücümüzə güvənib, düşüncəli hərəkət etməliyik”.Moderator

Paylaş:

Ən son xəbərlər