İyul döyüşlərində böyük qəhrəmanlığa imza atan şəhdilərimizlə bağlı filmlərin çəkilməsi, romanların yazılması məsələsi gündəmdədir. Artıq bu istiqamətdə bəzi addımlar atılıb ki, bu da incəsənətin və ədəbiyyatımızın baş verənlərə biganə qalmadığını göstərir.
Millət vəkili Nizami Cəfərovla söhbətimizdə ədəbiyyatın bu mövzuya olan marağı, şəhid və qəhrəmanlarımızın adının, göstərdiyi igidliklərin ədəbiyyat vasitəsi ilə əbədiləşdirilməsi və s. kimi məsələlər ətrafında fikir mübadiləsi apardıq.
-Nizami müəllim, öncə iyul döyüşləri və cəmiyyətin buna reaksiya ilə bağlı fikirlərinizi bilmək istərdik?
-Bizim cəmiyyətimiz həqiqətən də baş verən hadisələrə həssas yanaşdı. Şəhidlərimizlə bağlı müxtəlif şəkillər paylaşıldı, sözlər deyildi və s. Baş verənlər göstərdi ki, həm gənc, həm də orta nəsildə vətənpərvərlik hisləri olduqca güclüdür.
Vətən uğrunda döyüşmək, şəhid olmaq cəmiyətimiz tərəfindən sadəcə kədərli bir hadisə kimi qiymətləndirilmir. Şübhəsiz, istənilən şəhidliyin təbiətində kədər var. Amma bununla yanaşı, bu, bizim taleyimizə düşmüş hal kimi qiymətləndirilir və bundan çox optimist nəticələr çıxarılır. Yəni baş verənlər onu göstərir ki, Azərbaycan xalqı öz gəncliyiinin timsalında, öz hərbçilərinin timsalında vətənini bütün təhlükələrdən qorumağa hazırdır və bu, qürurvericidir.
-Baş verənlərə xaricdəki soydaşlarımız da ciddi təpgi nümayiş etdirdi...
-Haqlısınız. Bu məsələdə xaricdəki Azərbaycan diapsorları, xaricdəki soydaşlarımız da ciddi aktivlik sərgilədi. Onların Avropanın, dünyanın bir sıra ölkələrində aksiyalar keçirərək beynəlxalq ictimaiyyətin diqqətini erməni təxribatlarına cəlb etdilər. Onların apardığı mübarizə bir daha göstərdi ki, yalnız hərbi baxımdan deyil, siyasi-ideoloji baxımdan da yetkin xalqımız var.
-Bəs bu yetkinlik, bu qəhrəmanlıq ədəbiyyatımızda da öz əksini tapmalıdırmı?