BURADA REKLAMINIZ OLA
BİLƏR

Dərmanları qəbul etmək və saxlamaq QAYDALARI

Dərmanların qəbulu, saxlanması kor-koranə, necə gəldi deyil, müəyyən qaydalar əsasında olmalıdır.

Pravda.az mütəxəssis fikirlərini təqdim edir:

Dərmanları həm rahat qəbul etmək, həm də asan həzm olunması üçün bol su ilə udmaq lazımdır.

Dərmanlar ayaqüstə, uzanmış halda, yataqda deyil, oturaq şəkildə qəbul edilməlidir. Çünki ayaqüstə içilən supsenziya, sirop, eləcə də həblər nəfəs borusuna sıçraya bilər.

Yataqda qəbul ediləndə də qida borusunda problem yaranması mümkündür.

Xəstə özünü yaxşı hiss etsə belə, dərmanı özü-özünə kəsməməlidir, buna həkim qərar verməlidir. Dərmandan bir fayda görmürsünüzsə, yaxud əks təsiri yaranırsa, bu barədə həkimə məlumat verilməlidir.

Dərmanları fasiləsiz, eyni vaxtda qəbul etmək lazımdır. Yaddaşsızlığa görə dərman qəbulunu unudanlar xatırlatma metodlarından istifadə etməlidirlər.

Bəzi qidalar məsələn, şokolad, alkoqol, qəhvə, qreyfurt, narıngi kimi sitrus meyvələri, kofeinli içkilər dərmanlarla reaksiyaya girir onların təsirini azaldır və ya artıra bilir. Ona görə də dərman qəbul edən müddətdə bu qidaları qəbul etməmək lazımdır.

Dərmanlar təlimatına uyğun şəkildə öz qutularında sərin, quru, Günəş işığı düşməyən yerdə, 18-25 dərəcə temperaturda, soyuducuda isə 4-8 dərəcədə yəni donmadan mühafizə edilməlidir. E-tibb.az

 

Tarix: 31 Oktyabr 2019, 00:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin