Portuqaliyanın paytaxtı Lissabonun Molekulyar Tibb İnstitutunun alimlər qrupu üzərinə düşən koronavirus hissəciklərini neytrallaşdırmağa qadir olan qoruyucu maska yaradıb.
“Report”un məlumatına görə, bu barədə “La Razon” nəşri bildirib.
Tədqiqatçılar sınaqların gedişatında maskanı koronavirus molekullarının olduğu məhlula salıblar. Bu halda koronavirus molekullarından 99 faizi bir saat sonra öz xüsusiyyətlərini itirib.