Sənin hərəkətlərinə görə millətin haqqında rəy yaranır...
Son günlər dünyada kütləvi nümayişlər baş verdi, Azərbaycan və Ermənistan diasporalarının nümayəndələri arasında qarşıdurma dalğası keçdi. Bu hadisələrə münasibətim barədə iki kəlmə deyəcəyəm.
Müsbət məqamdan başlayacağam. Bəlkə də ilk dəfə vətənlərindən çox uzaqda olan azərbaycanlılar onun problemlərindən təcrid olunmuş vəziyyətdə yaşamadıqlarını, doğma vətənləri ilə əlaqələrini hiss etdiklərini əyani şəkildə göstərdilər. Əvvəllər vətənpərvərlik haqqında yalnız sözlər vardı, indi aydın oldu ki, onlar hərəkətə də hazırdırlar
Ancaq həqiqətən nə edəcəklərini bilmirlər. Hər şey diplomatik nümayəndəliklərin qarşısındakı nümayişlərdən başladı, sonra da böyüyüb erməni diasporunun nümayəndələri ilə davaya keçdi. Moskvada isə heç bir müqəddimə verilmədən küçələrdə davaya və döymələrə keçdi. Amma, yox. Hər şey, hələ bir həftə əvvəl bazarlarda “razborka” ilə başladı, blogerlər bunu “erməni əriklərinin soyqırımı” adlandırdılar. Bu dartışmanı əslən Azərbaycandan olan iri biznesmenlər təşkil etdilər. Aksiya mediada geniş yayıldı və demək olar ki, dərhal Moskva meriyasının Ticarət Departamenti tərəfindən dayandırıldı.
Aksiyanın təşəbbüskarlarının əldə etdiyi yeganə şey, onlardan biri Qod Nisanovun Azərbaycan diasporunun lideri statusunda nazir Lavrovun yanına dəvət edilməsi oldu.
Qod Nisanov mənim dostumdur, amma necə deyərlər, Platon mənim dostumdur, lakin həqiqət daha əzizdir. Boykot aksiyası təşkilatçılarının ilkin motivlərinin nələr olduğunu bilmirəm, amma sonda saxta vətənpərvər və populist aksiyalar seriyasında olan kimi göründü, nəticədə vəziyyət pisləşdi. Bir həftə sonra aksiya bazarlardan küçələrə keçdi. Artıq burada öz instinktlərinə tabe olan və özlüyündə təhlükəli və gözlənilməz hala gələn bir kütlə var idi.
Bu nə ilə başa çatdı, əgər çatdısa, nə qədər adam zərər gördü, neçə nəfərin tutulduğu hələ tam olaraq məlum deyil, buna baxmayaraq bəzi nəticələrə gəlmək olar.
Başlıcası. Əgər liderlər yoxdursa və emosiyaların gərginliyi artırsa, onda ona nəzarət edəcək heç kim yoxdur. Əgər heç nə dəyişməzsə, belə partlamalar davam edəcək. Hələlik Moskvadakı bu toqquşmalar cüzi xarakter daşıyır. Kimsə İnternetdə toqquşmanın miqyasını fəal şəkildə şişirdir, lakin yüz minlərlə azərbaycanlının və erməninin Qarabağ əvəzinə Moskvada qanlı dartışmalara başlamayacağına zəmanət yoxdur. Əlbəttə, Varfolomey gecəsi olmayacaq, 1571-ci ildə Parisdəki qırğın dövlət səviyyəsində təşkil edilmişdi, ancaq on iki milyonluq azərbaycanlıların və ermənilərin payına da az düşməyəcək.