BURADA REKLAMINIZ OLA
BİLƏR

Cavan Zeynallı: “Bizim ölüm xəbərlərimizi yaymaqla pul qazanırlar”

Xəbər verdiyimiz kimi artıq sənət adamlarının yalandan ölüm xəbərlərini yaymaq dəb halını alıb. İki gün öncə Xalq artisti Nimayəddin Musayevin də ölüm xəbəri yayıldı. Hadisə hamı kimi N.Musayevin özünü də məyus etdi.

 

Bir neçə ay öncə ölüm xəbəriylə sarsılan Xalq artisti Cavan Zeynallı müxtəlif adamların bu yolla pul qazandığını bildirib:

 

“Bir neçə gün öncə Niyaməddin Musayevin ölüm xəbərini eşidəndə, inanmadım. Dedim ki, ola bilməz, mən onu iki gün öncə görmüşəm. Sonra da məlum oldu ki, bu yalan məlumatdı. Başıma gələn hadisədən sonra araşdırdım və mənə bildirdilər ki, müxtəlif adamlar məşhurların ölüm xəbərini yaymaqla pul qazanırlar. Bir də ki, belə xəbərləri kimlərsə yayır ki, sosial şəbəkələrə, internet saytlarına inamsızlıq yaratsınlar. Bu xəbəri yayan şəxslər bizi nəzərə almırsa, heç olmaya yaxınlarımızı fikirləşsinlər. Belə xəbərlərdən övladlarımız, qardaş-bacılarımız sarsıla bilər”. Moderator.az

Tarix: 13 Dekabr 2019, 19:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin