“Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlığı mövcuddur və bizim mövqeyimiz dəyişməz olaraq qalır. Mövqeyimiz də ondan ibarətdir ki, Qafqazda sülhə alternativ yoxdur”.
Pravda.az xəbər verir ki, bunu Gürcüstan baş nazirinin beynəlxalq münasibətlər üzrə müşaviri İrakli Çikovani deyib.
Onun sözlərinə görə, Rusiyanın 300 hərbi maşının Ermənistana Gürcüstan ərazisi vasitəsilə çatdırmağa hazırlaşması ilə bağlı yerli KİV-in yaydığı məlumat yalandır: “Bu cür təhrif olunan informasiyaları bəzi siyasi partiyalar təbliğat məqsədilə təqdim edirlər”.