Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Partiya sədri: “İlham Əliyevin əsgəriyəm” - VİDEO

2 317
Paylaş:
Partiya sədri: “İlham Əliyevin əsgəriyəm” -     VİDEO

“Azərbaycan düşmənlə döyüş şəraitindədir, əsgərlərimiz, zabitlərimiz şəhid olur. Bu vətən, dövlət generalını şəhid verib. Belə bir vəziyyətdə əsas məsələ Qarabağdır, iqtidar-müxalifət söhbətləri dayandırılır. Belə də olmalıdır. Düşmən qarşısında daxili rəqabəti dayandırmalıyıq. Düşmənə qarşı vahid cəbhədən savaşmalıyıq”.

Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib.

Rəhbərlik etdiyi partiyanın müxalifyönlü olduğunu deyən A.Şakiroğlu qeyd edib ki, İlham Əliyev iqtidarına qarşıdırlar: “Biz demokratik seçkilərlə hakimiyyətə gəlmək istəyirik. Amma cəbhədə qızğın döyüşlər getdiyi halda müxalifyönlü ola bilmərəm. Döyüşlər gedən zaman Ali Baş Komandan İlham Əliyevin əsgəriyəm. Bəzi dodaq büzənlər var, bunu anlamırlar, anlamaq istəmirlər, dövlət, vətən, torpaq nədir... Onlar üçün torpaq işğal olunsa da, olar, təki iqtidar dəyişsin. Bu, düzgün yanaşma deyil. Düşmənlə savaşda mənim üçün Ali Baş Komandan İlham Əliyevdir. Savaş olmadığı müddətdə İlham Əliyev rəqibimizdir. Bunu hər kəs bilməlidir”.

Paylaş:

Ən son xəbərlər