Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub.
Pravda.az-ın xəbərinə görə, Türkiyə və Rusiya liderləri Azərbaycan-Ermənistan dövlət sərhədindəki vəziyyətin gərginləşməsi barədə fikir mübadiləsi aparıblar.
Putin gərginliyin eskalasiyasına kömək edəcək hər cür fəaliyyətə imkan verməməyin vacibliyini qeyd edib. Hər iki tərəf münaqişəli vəziyyətin istisnasız sülh yolu ilə həllində maraqlı olduqlarını bildiriblər. Regionda sabitlik məqsədi ilə səylərin koordinasiyasına hazırlıq vurğulanıb.