Bəzi insanlar "BakıKart"ın ləğv edilcəyini iddia ediblər. Bunu onunla əsaslandırıblar ki, bəzi dayanacaqlardan ödəniş terminalları götürülüb. "Bakı Kart"ın operatoru - "K Group" MMC-dən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, son günlər sosial şəbəkələrdə və bəzi onlayn platformalarda paytaxtda ictimai nəqliyyatda metro və avtobuslarda istifadə olunan "BakıKart" kartlarının ləğv ediləcəyi barədə yayılan məlumatlar əsassızdır və həqiqəti əks etdirmir.
Qeyd olunub ki, "BakıKart" ödəniş sistemi tam şəkildə fəaliyyətini davam etdirir və "BakıKart" kartlarının ləğvi ilə bağlı hər hansı qərar və ya plan mövcud deyil:
"BakıKart" sistemi müasir texnologiyaların tətbiqi ilə daha da təkmilləşdirilir və istifadəçilərə daha rahat, çevik ödəniş imkanları təqdim olunur".