Əməkdar artist Sevinc Əliyeva "Space" kanalında yayımlanan "Hər səhər" proqramında küsüb studiyanı tərk edib.
Pravda.az xəbər verir ki, buna səbəb aparıcı Anar Vaqifoğlunun ona plastik əməliyyatla bağlı ünvanladığı sual olub. Aparıcı israrla aktrisanın ayaqlarında plastik əməliyyat etdirdiyini, hətta yenidən estetik müdaxiləyə hazırlaşdığını deyib.
S.Əliyeva isə bunları şayiə adlandırıb. O bildirib ki, heç vaxt əməliyyata müraciət etməyib: