“Bilirsiniz ki, şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb. Təkcə onu demək kifayətdir ki, 8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib və 7 minə yaxın avtomobil verilibdir. Hesab edirəm ki, biz bu il də bu sahədə rekord göstəriciyə nail olacağıq, buna şübhə yoxdur. Bu il 1500 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilir və ediləcəkdir. Bütün mənzillər ən yüksək keyfiyyətlə tikilən yeni evlərdədir. Eyni zamanda, sizin üçün 400 avtomobil də nəzərdə tutulur və beləliklə, biz bu il bu sahədə ən böyük göstəriciyə nail ola bilmişik”. Prezident İlham Əliyev bu fikirləri yaxın günlərdə birinci xanım Mehriban Əliyeva ilə birlikdə Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirakı zamanı səsləndirib.
Aztəminatlı ailələrin, Qarabağ əlillərin, məcburi köçkünlərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndiilməsi dövlət başçısının daim diqqət mərkəzində saxladığı prioritet məslələrdəndir. Bu, ölkəmizdə insan amilinin dövlət siyasətinin təkib hissəsi olmasından xəbər verir. Ötən il də həyata keçirilən tədbirlər bu qəbildən olan insanların həyat tərzinin mütəmadi olaraq yaxşılaşdırılmasının diqqətdə saxlanılmasından xəbər verir. Məsələn, keçən il şəhid ailələrinə 934 mənzil verilib. Bu il isə 1500. Ondan əvvəlki illərdə təqribən ildə 600-700 məniz verilib. Dünyanın heç bir ölkəsində şəhid ailələrinə, müharibə veteranlarına, əlillərə belə yüksək səviyyədə qayğı göstərilmir. Şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal iş aparılır. Təbii ki, bütün bunların həyata keçirilməsi üçün böyük vəsait nəzərdə tutulur . Məlumat üçün bildirim ki, dövlət büdcəsinin böyük hissəsi sosial məsələlərin həllinə xərclənir. Bu xərclərin içində şəhid ailələrini, müharibə əlillərini, müharibə veteranlarını, məcburi köçkünləri əhatə edən çox böyük proqramlar icra olunur.
Dövlətimiziin başçısı dəfələrlə bəyan edib ki, bizim bütün işimizin məqsədində Azərbaycan vətəndaşının maraqları dayanır və ildən-ilə Azərbaycan vətəndaşı daha yaxşı yaşamalıdır. Bunun üçün həm sosial infrastrukturla bağlı olan layihələr icra edilməlidir, eyni zamanda, vətəndaşların sosial təminatı yaxşılaşdırılmalıdır. Heç bir problem sosial layihələrin icrasını dayandıra bilməz. Son 17 il ərzində həyata keçirilən siyasi kurs da bunu təsdiqləyir. Bu siyasətin əsasını əhalinin həyat tərzinin yaxşılaşdırılması təşkil edib. Bu istiqamətdə əsaslı dönüş yaratmaqla yanaşı, Azərbaycanın beynəlxalq aləmdəki mövqeyinin daha da möhkəmləndirilməsi mənafeyinə xidmət göstərilmişdir.
Ümumiyyətlə, sosial layihələrin icrası hər zaman prioritet vəzifə kimi qarşıya qoyulub. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sosialyönümlü siyasət Azərbaycan cəmiyyətində böyük razılıqla qarşılanır. Çünki bu siyasət müxtəlif sosial qrupların həyat tərzinin daha da yaxşılaşdırılmasına , insan amilinə hörmətin formalaşdırılmasına, siyasi sabitliyin bərqərar olmasına etibarlı zəmin yaradan konseptual inkişaf yoludur. Bu, həm də ölkədə etibarlı sosial müdafiə sisteminin yaradılmasını gerçəkləşdirir.
Prezident İlham Əliyev dövlətin yeritdiyi bu siyasətin mahiyyətindən bəhs edərkən dəfələrlə onun mərkəzində məhz insan amilinin, Azərbaycan vətəndaşının dayandığını diqqətə çatdırıb və əhalinin sosial təminatının, maddi vəziyyətinin daha da yaxşılaşdırılması üçün pandemiyanın ciddi təhlükə yaratmasına baxmayaraq, bundan sonra da genişmiqyaslı sosial-iqtisadi islahatların həyata keçirilməsinin prioritet vəzifə kimi hər zaman aktual olaraq qalacağını bildirib.