“Bu il Beynəlxalq Ordu Oyunları yarışa ev sahibliyi edəcək 11 yox, 5 ölkədə keçiriləcək”.
Pravda.az xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Döyüş Təlimi Baş İdarəsinin rəisi general-polkovnik İvan Buvaltsev açıqlayıb.
“Bu il 11 dövlətin (Azərbaycan, Belarus, İran, Hindistan, Qazaxıstan, Çin, Monqolustan, Rusiya, Özbəkistan, Şri-Lanka və Ermənistan) ərazisində 30 yarışın keçirilməsi planlaşdırıldı. Təəssüf ki, bir sıra təşkilatçı dövlətlər yarışlardan imtina etdi. Koronavirus infeksiyası səbəbindən oyunların coğrafiyası kiçildi”, - Buvaltsev bildirib.