BURADA REKLAMINIZ OLA
BİLƏR

Nura Suri: ""İnqubator toyuqları" kimi bir-birinə bənzəməyin əleyhinəyəm"

"Dünyada elə bir tendensiya yaranıb ki, qadınlar plastik və estetik əməliyyatlardan sonra bir-birinə bənzəməyə başlayıblar, artıq təbii gözəllik qalmayıb".



Pravda.az-ın xəbərinə görə, bu sözləri müğənni Nura Suri deyib.



O, son günlər bir çox ifaçıların plastik və estetik əməliyyat yolu ilə bir-birinə bənzəməsinə etirazını bildirib: “Şəxsən mənim bir imicim var. Saçımın rəngindən tutmuş, geyimimə kimi dəyişməyərək qalır. Düşünürəm ki, insan özü olaraq qalmalıdır. Zeynəb Xanlarova, Alla Puqaçova, Maykl Cekson, Tina Ternor, Ajda Pekkan kimi məşhurlara diqqət yetirsək, görərik ki, hər birinin özünəməxsus imici var. Onlara baxıb bir çox şeyləri öyrənmək olar. Amma günü-gündən xanımların bir-birinə “inqubator toyuqları” kimi bənzəməsi kənardan heç də yaxşı görünmür. Səhnədə olan insanlar seçilməyi bacarmalıdırlar”.


“Əgər kimsə artıq çəkilidirsə, arıqlamaq istəyirsə, burnunu balacalaşdırırsa, burada ayıb və rişxənd ediləcək bir şey yoxdur. Kimsə yaşa dolduqca gözəl görünmək istəyirsə, burada qınanılacaq bir şey yoxdur. Günayın sözündə həqiqət var, bir çox xanımların bədənləri plastik əməliyyatdan sonra “kuvşin”ə bənzəyir. Ümumiyyətlə, hazırda şəhərə çıxanda üç nəfərdən birinin bir-birinə bənzədiyini görürük. Burun, dodaq, diş, qaş, göz, kiprik hamıda eynidir. Çoxları da əməliyyata uzanıb bellərini incəldib, ombalarını böyüdürlər. Səhnə gözəlliyi sevir, gözəlləşmək üçün etmək olar. Amma “inqubator toyuqları” kimi bir-birinə bənzəməyin əleyhinəyəm. Düşünürəm ki, individuallıq vacib məsələlərdən biridir”.Oxu.az

Fotoları təqdim edirik
Tarix: 14 Dekabr 2019, 12:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin