“Dünyada ikinci dalğa ehtimalının yüksək olduğunu görürük. Türkiyədə hazırkı günləri çox yaxşı dəyərləndirməliyik. Rusklər hələ davam edir”.
Pravda.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə bağlı yaradılan Elm Qurumunun növbəti toplantısından sonra bildirib. Onun sözlərinə görə, Türkiyədə hər gün açıqlanan rəqəmlərə baxdıqda, ölüm sayında azalma müşahidə olunsa da, intensiv terapiya müalicəsi alan xəstə sayında artım var.
F.Qoca COVID-19-la əlaqədar birinci dalğanın Türkiyədə hələ davam etdiyini, İstanbul, İzmir kimi böyük şəhərlərdə nisbətən azaldığını, bəzi bölgələrdə isə artmağa başladığını deyib.