Əməkdar artist Könül Kərimovanın oğlu Rəşad xəstəxanaya yerləşdirilib.
Könül Kərimovanın oğlunun ürəyində ciddi problemlər var
Pravda.az-ın xəbərinə görə, Mərkəzi Klinikaya təcili tibbi yardımla çatdırılan Rəşadın ürəyində ciddi problemləri olduğu aşkarlanıb, anju əməliyyatı keçirib.
Oğlunun durumu ilə bağlı açıqlama verən Könül Kərimova məlumatı təsdiqləyib: “Xəbər doğrudur. Səhərdən ağrıları var idi, elə bilirdik mədəsidir, amma sən demə, ürəyi imiş. Allah qorudu. Anju oldu, indi yaxşıdır”.