“İslahatçı Gənclər” İctimai Birliyinin sədri, jurnalist Fərid Şahbazlı Türkiyənin nüfuzlu “Kanal 24” televiziyasında tanınmış jurnalist Ardan Zentürkün “Moderator Gecə” proqramında qonaq olub.
Fərid Şahbazlı Türkiyənin nüfuzlu televiziyasında Ermənistanın təxribatlarından danışdı - VİDEO
Pravda.az xəbər verir ki, gənc fəal proqramda Ermənistanın sərhəddə törətdiyi təxribatlardan, səfirliklərimizə və vətəndaşlarımıza olan hücumlardan, Azərbaycan və Türkiyənin ortaq hərbi təlimlərindən danışıb.