"ABŞ-da baş verən hadisə insan hüquqlarının kobud şəkildə pozulmasıdır" - Adil Əliyev

"Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən mitinq zamanı nümayişçilərin saxlanılması, onların mülki geyimli polis əməkdaşları tərəfindən məcburi şəkildə mikroavtobuslara mindirilərək ərazidən uzaqlaşdırılması çox xoşagəlməz haldır və demokratik cəmiyyətdə bərqərar olmuş insan və vətəndaş hüquqlarının kobud şəkildə pozulmasıdır".


Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Adil Əliyev deyib.


A.Əliyev qeyd edib ki, təkcə bir neçə ay bundan əvvəl ABŞ-ın Minneapolis ştatında qaradərili bir vətəndaşın polis zorakılığının qurbanı olması hələ də Birləşmiş Ştatlarda polis tərəfindən dinc əhaliyə zorakılıq göstərilməsinin, irqi ayrı-seçkilik aparılmasının əyani təzahürüdür: "Ümid edək ki, bu cür neqativ hallara tezliklə son qoyulacaq".

Tarix: 30 İyul 2020, 21:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin