"18 yaşım da yoxdur ki, kimsə məni saxlasın" - Müğənnidən ETİRAZ

“Qazancı toylardan çıxanlara heç olmasa, kompensasiya ödənilsin. Bizi hara sürükləyirlər, nəyə məcbur edirlər, cinayətə? Altı aydır oturmuşam evdə pulsuz-parasız. Bəs fikirləşmirlər ki, toya gedənin də ailəsi, uşağı var, dovşan saxlamır evində. Nəvəm məndən kolbasa-çörək istəyir, utandığımdan deyə bilmirəm ki, almağa pulum yoxdur”.

 

Pravda.az xəbər verir ki, müğənni, meyxanaçı Samirə Yusifqızı karantinin uzadılması ilə bağlı toyların təxirə salınmasına münasibət bildirərkən deyib.

 

Sənətçi qazanc yerinin olmadığını və maddi sıxıntı içində çapaladığını bildirib: “Kommunal xərcləri ödəyə bilmirəm, banklar kreditlərdə heç bir güzəşt etmir, neyləyək? Bir metrə ipimiz qalır, alaq asaq özümüzü? Adam var biznesindən qazanır, ya güclü saxlayanı var, pula ehtiyacı yoxdur, toya getməsə də olar. Bəs bizim kimi boğazının gücünə dolananlar neyləsin? Saxlayan yox e, heç saxlayanın kölgəsi də yoxdur. Bu yaşda kimdi məni saxlayan? 18-20 yaşım da yoxdur ki, kimsə məni saxlasın. Heç olmasa, iş təklif etsinlər işləyək. Evdə oturdmaqla deyil e, gərək, təmin də olunaq. Dolanmaq da lazımdır axı, çıxış yolunu göstərsinlər, işimizi bilək”. yenicag.az

Tarix: 30 İyul 2020, 22:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin