Koronavirusun yenidən yayılmasının səbəbi açıqlandı

Avropa və şimal yarımkürəsinin bir sıra ölkələrində COVID-19-a yeni yoluxmalar gənclərin yay dövründə sayıqlığı azaltmaları lə bağlıdır.

Pravda.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

"Faktlar göstərir ki, COVID-19-a kütləvi yoluxmalar bəzi ölkələrdə gənc insanların şimal yarımkürəsində yay mövsümü zamanı öz sayıqlıqlarını zəiflətmələri nəticəsində artıb", - o deyib.

ÜST-ün baş direktoru yenidən vurğulayıb ki, gənclər  və uşaqlar COVID-19-a yoluxmağa meyillidir. Buna görə onlar pandemiya zamanı sayıqlıq nümayiş etdirməli, həmçinin maska taxmalı və sosial məsafə qaydalarına riayət etməlidir.Report

Tarix: 31 İyul 2020, 07:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin